Çinin Hunan əyalətindəki Milli Müdafiə Texnologiyaları Universiteti ağcaqanad ölçüsündə ən kiçik pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.
Milli.Az xəbər verir ki, dron ultrasəmərəli kameralar və mikrofonlarla təchiz olunub, kiçik ölçüsü sayəsində isə adi gözə görünmür və radiolokasiya sistemlərindən gizlənə bilir.
Nəşrə görə, bu miniatür bionik robotlar xüsusilə informasiya kəşfiyyatı və xüsusi əməliyyatlar üçün uyğundur. Lakin müdafiə mütəxəssisi Timoti Hit qeyd edir ki, PUA casusluq üçün faydalı olsa da, onun texniki məhdudiyyətləri və cinayətkarlar tərəfindən şəxsi məlumatların oğurlanması kimi riskləri var. Üstəlik, uzunmüddətli istifadə və idarəetmə çətinlikləri döyüş şəraitində onun effektivliyini azaldır.
Asya
Milli.Az