Bir sıra rayonlara prokurorlar təyin edilib

25 İyun 2025 16:15

Qəbələ, Quba, Göyçay, Qobustan, Yevlax, Ağstafa, Ağdam rayonlarına prokurorlar təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Belə ki, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Səadət Rüstəmova Qobustan, Vasif Süleymanov Ağdam, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub.

Milli.Az