Türkiyədə meşə yanğını başladı - Texnikalar cəlb olundu

25 İyun 2025 15:22

Türkiyənin Antalya vilayətinin Qumluca rayonunda meşə yanır.

Milli.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 8 yanğınsöndürən maşın və digər lazımi texnikalar cəlb olunub.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Milli.Az