"Dedi ki, məni harada görsən, qulağımın dibinə 2 dənə şillə çəkərsən"

25 İyun 2025 15:30

Şair və qiraətçi Nazilə Səfərli paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, "İnstaqram" hesabında müğənni Arzuxanımın yaşadığı qalmaqala münasibət bildirib.

Səfərli, Arzuxanımın ittiham etdiyi şəxslə danışdığını deyib:

"Müğənni Arzuxanımın efirə çıxıb, acizanə ağlamağı məni məndən aldı. 57 yaşlı kişi özündən 30 yaş balaca qıza niyə eşq elan etsin ki?! Ay ağsaqqal, pulun var deyə, belə etməlisən? Get, xeyriyyəçiliklə məşğul ol. Bunu arxalı-dayqlı qıza edə bilərsən? Fağırı niyə əzirsiniz?

Bu yaşında kişisiən, nəvələrinlə oynamalısan. Məni axmaq-axmaq danışdırma. Onun səndən uşağı olsa belə, mürvətini görməyin sual altındadır. Camaatın qızını niyə "iflic" edirsən? Gözünün bəbəyinə baxacaq qədər cəsarətliyəm. Bu, nə hərəkətdir nedirsən? Adam arvadının-qızının ruzisini müğənnilərə xərcləyər? Nə olsun ki, pul xərcləmisən. Bir qadını zorla yanında saxlamaq olar? 

Arzuxanımın həyatına çökən kişi məni yığmışdı. 5-10 dəqiqə danışandan sonra dedi ki, məni harada görsən, qulağımın dibinə 2 dənə şillə çəkərsən. Mən kişi döyənəm? Səhv edib, bilmədiyini dedi. Elə bildim ki, başa düşüb. Sonra Arzunun əhvalını soruşmaq üçün yığdım. Öyrəndim, köməkçisinə zəng vurub deyib ki, Nazilədən kömək istəmisiniz. O, mənə nə edəcək?!".

Musa
Milli.Az