"O, sağlığında atamla, indi də mənimlə ədavət aparır"

25 İyun 2025 16:00

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz şok açıqlamalar edib.

Milli.Az xəbər verir ki, o, "Xəbərin var?" verilişinə bir yerdə çalışdığı Xalq artisti Nurəddin Mehdixanlının atasının sağlığında onunla, indi də özü ilə ədavət apardığını bildirib.

"Qəribədir ki, Ramiz Novruzun sağlığında münasibəti soyuq olan adam indi ölüsü ilə ədavətdədir. Onun oğlu ilə mübarizə aparır.

Cavidan atasının xatirə gecəsinə gəlməyən aktrisalardan da danışıb:

"Orada böyük məhəbbətlə Firəngiz Mütəllimova, Bəsti Cəfərovanı gözlədim. Sağlığında atamla yaxın sənət dostu olub. Məni çox məyus etdi. Gözüm yolda qaldı. Onlara ssenaridə yer də vermişdim. Onlar atamın son nəfəsinə qədər səhnədə çiyin-çiyinə çalışıblar. Ən azından deyərdilər ki, problem var. Onsuz da inanmayacaqdım. Çünki son günə qədər zəng vurdum ki, gözləyəcəyəm və söz verdilər".

Milli.Az