Bu ölkədə əxlaqsız saytlara giriş bloklandı

25 İyun 2025 12:40

Qırğızıstanda əxlaqsız saytlara girişin qadağan olunması üçün qanun layihəsi qəbul edilib.

Milli.Az xəbər verir ki, Qırğızıstan parlamenti internetdə əxlaqsız məzmunlu saytlara girişin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Yeni qanun layihəsi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinin qorunmasını əsaslandırma kimi göstərir. Layihəyə əsasən, əxlaqsız materialların internetdə yayılması, ötürülməsi və reklamı qadağan edilir. Bu qaydaları pozan şəxsləri 3 ildən 5 ilə qədər həbs cəzası gözləyə bilər.

Qanunun qüvvəyə minməsi üçün növbəti oxunuşlardan keçməsi, təsdiqlənməsi və prezidentin imzası tələb olunur. Qanun qəbul olunarsa, ölkədə bütün əxlaqsız saytlara giriş rəsmi olaraq bloklanacaq.

Milli.Az