Dağıstanın dövlət katibi saxlanılıb

25 İyun 2025 12:20

Dağıstanın dövlət katibi saxlanılıb.

Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun yaşadığı ev də daxil olmaqla, ümumilikdə 50-yə yaxın ünvanda eyni vaxtda axtarışlar aparılıb. Axtarışların hansı istintaq çərçivəsində keçirildiyi hələlik rəsmi açıqlanmayıb.

69 yaşlı Maqomed-Sultan Maqomedov 2021-ci ildən etibarən Dağıstan Respublikasının dövlət katibi vəzifəsində çalışırdı. Onun hansı ittihamlarla saxlanıldığı barədə əlavə məlumat verilməyib. Məsələ ilə bağlı araşdırma davam edir.

Milli.Az