Zelenski Qərbə çağırış etdi: "Rusiyaya qarşı təzyiqi artırmalıyıq!"

25 İyun 2025 11:22

Rusiya "Şahed" tipli pilotsuz uçuş aparatları ilə Ukrayna Quru Qoşunlarının Təlim Mərkəzinə hücum edib. Qabaqlayıcı tədbirlər nəticəsində ciddi itkilərin qarşısı alınıb, yalnız bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Sky News"a müsahibəsində atəşkəs məsələsinə toxunaraq bildirib ki, bu, sadəcə müharibənin dondurulmasıdır.

Onun sözlərinə görə, Rusiya Ukraynanı işğal etmək məqsədindən əl çəkməyib və atəşkəs yalnız Rusiyaya vaxt qazandıracaq. Zelenski qeyd edib ki, Rusiya Qərbin dəstəyinin azalmasına və ABŞ-nin prosesdən uzaqlaşmasına ümid edərək işğal planlarını davam etdirmək istəyir. Buna görə də Ukrayna müttəfiqlərlə birlikdə təzyiq strategiyasını davam etdirməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ukrayna ilə bağlı Rusiyaya zəmanətlərin vacibliyini vurğulayıb. Onun fikrincə, Qərbin yanaşması kifayət etmir və ABŞ-nin sabiq Prezidenti Ronald Reyqanın "güvən, amma yoxla" prinsipi artıq yetərli deyil. Lavrov əlavə edib ki, İsrailin İrana qarşı addımlarını Rusiyanın Ukraynadakı fəaliyyəti ilə müqayisə etmək doğru deyil.

Asya
Milli.Az