Tramp: "Putinə dedim ki..."

25 İyun 2025 13:22

ABŞ Prezidenti Donald Tramp NATO sammitinin yekun bəyanatında "Rusiya təcavüzü" ifadəsinin işlədilib-işlədilməyəcəyi ilə bağlı suala cavab verməyib.

Milli.Az xəbər verir ki, əvəzində Rusiya ilə mümkün razılaşmadan danışıb:

"Hələ sənədi görməmişəm, amma Rusiya ilə razılaşma əldə olunmasını istərdim".

Tramp Rusiya Prezidenti Vladimir Putinlə əvvəlki telefon danışığını xatırladaraq "Putin mənə zəng edib İranda kömək təklif etdi. Mən isə dedim ki, mənə İranda yox, səninlə bağlı kömək lazımdır", - deyə qeyd edib və Rusiya ilə razılaşmaya ümid etdiyini vurğulayıb.

Ukraynada davam edən döyüşlərə toxunan Tramp son həftə ərzində 6 000-6 500 əsgərin həlak olduğunu bildirib və bunu faciə adlandırıb.

Asya
Milli.Az