Mbappe xəstəlikdən arıqladı

25 İyun 2025 10:00

"Real Madrid"in ulduzu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə xeyli itirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 4-5 kiloqram arıqlayan hücumçu yalnız meyvə və su ilə qidalandığı bildirilir.

Qeyd edək ki, fransalı futbolçu ötən həftə qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Mbappe bu səbəbdən klublararası dünya çempionatında 2 oyunda komandasına kömək edə bilməyib.

Hüseyn
Milli.Az