"Ərə getmədən ana olmaq istəyirəm"

26 İyun 2025 14:42

Foto model və müğənni Müjgan Ayxanın açıqlaması birmənalı qarşılanmayıb.

Milli.Az xəbər verir ki, ifaçı "Maqazin Plus"a müsahibəsində etirafı ilə diqqət çəkib.

Onun "Yenidən ailə qurarsanmı?" sualına verdiyi cavab müzakirələrə səbəb olub:

"Ərə getmək istəmirəma, ancaq övladımın olmasını istərdim. Qarışıq məsələdir. Deyəcəm, müzakirələr yaradacaq. Ailə qurmadan ana olmaq istəyirəm. Bir insanla 24 saat eyni evdə qalmaq istəmirəm. Uşaq evindən də övlad sahibi olmaq olar.

Qınanmalı şey yoxdur, qarşı tərəf istəyir ki, uşaq olur. Sadəcə övlada görə atası ilə bağımlılıq istəmirəm. Atasıdır, gəlməlidir yox".

Hüseyn
Milli.Az