Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı - FOTO

24 İyun 2025 23:03

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi "Kayzerslautern"a transferi rəsmən açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə II Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.

 

Milli.Az