Cəmi 100 manat ver, 9 santimentrə qədər boyunu uzadaq... Aparatla ağrısız və əməliyyatsız boy artımı...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar sosial şəbəkələrdə belə elanlar paylaşılır.
Bir çoxlarının marağına səbəb olan bu elanlar nə dərəcədə realdır? Dünyada ciddi və riskli hesab olunan, minlərlə manat tələb edilən boy uzatmaq üçün əməliyyatlar, Azərbaycanda qısa müddətə bir aparatla edilir?.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xxəbər"ə qeyd olunan müalicə üsulunun və həmin aparatın araşdırılacağı, nəticəsi barədə məlumat veriləcəyi bildirilidi.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az