Rusiya ordusu Ukraynada sərnişin qatarını belə vurdu – HADİSƏ ANI - VİDEO

24 İyun 2025 14:27

Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiya ordusunun sərnişin qatarına raket hücumu nəticəsində hadisə anı qadın sərnişin tərəfindən lentə alınıb. Qadın sərnişin video çəkərkən hərəkətdə olan qatarın raket zərbəsi altında qalması əks olunub.

Milli.Az xəbər verir ki, yayılan görüntülərdə qatarın hərəkət etdiyi zaman qəflətən yaxınlığa raketin dəyməsi və partlayış səsləri eşidilir.

Həmin anlarda sərnişinlərin yaşadığı təşviş və panika aydın görünür.

Hadisənin təfərrüatları və zərərçəkənlərin sayı barədə hələlik rəsmi məlumat verilmir. Ukrayna tərəfi və beynəlxalq qurumlar hadisəni qəti şəkildə pisləyib, mülki obyektlərin hədəfə alınmasının qəbuledilməz olduğunu bəyan ediblər.

Kənan
Milli.Az