İran səfiri Qətər XİN-ə çağırıldı

24 İyun 2025 14:10

ABŞ-nin Qətərdəki hərbi bazasına raket zərbələrinin endirilməsinə cavab olaraq İran səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qətər XİN hücumları "qətiyyətlə pislədiyi"ni bildirib. Həmçinin qeyd olunub ki, Qətər "bu yolverilməz pozuntuya cavab vermək hüququnu özündə saxlayır".

Milli.Az