İranlı nüvə alimi ailə üzvləri ilə birlikdə həlak oldu

24 İyun 2025 13:26

İsrailin Tehrana endirdiyi hava zərbəsi nəticəsində tanınmış iranlı nüvə fiziki Mostafa Sadati Ərmaki və onun bütün ailə üzvləri həyatını itirib.

Milli.Az xəbər evrir ki. bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı Ərmakinin valideynləri, həyat yoldaşı, 15 və 8 yaşlı iki qızı və 5 yaşlı oğlu da həlak olub. Hadisə ölkə daxilində və beynəlxalq aləmdə dərin rezonans doğurub.

İran rəsmiləri hələlik hücumla bağlı geniş açıqlama verməsələr də, yerli mediada bombardmanın konkret olaraq hədəfə yönəldildiyi və Ərmakinin nüvə proqramındakı rolu səbəbilə məqsədli şəkildə seçildiyi ehtimal edilir.

Milli.Az