O da “Neftçi”dən getdi - FOTO

24 İyun 2025 13:42

"Neftçi" Filip Ozobiçlə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" Ozobiçlə başa çatan müqaviləni yeniləməyib.

Qeyd edək ki, 2023-cü ilin yayından "Neftçi"də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.

Milli.Az