Aytəkin Alxaslı yenə YIXILDI: bu dəfə "hücum"a məruz qaldı - VİDEO

24 İyun 2025 12:56

Bizim.Media-nın Şimal bürosunun əməkdaşı Aytəkin Alxaslının başına yenidən iş gəlib.

Milli.Az xəbər verir ki, daha öncə çəkiliş vaxtı atdan və skuterdən yıxılan tanınmış jurnalistə bu dəfə qoyunların hücum edib.

Xaçmazda ət kəsimi, ətin keyfiyyəti ilə bağlı reportaj hazırlayan jurnalistə Beyləqandan və Ağcabədidən Xaçmaza gətirilən qoyun sürüsü hücum edərək onu yerə yıxıb. Aytəkin Alxaslı başından və qolundan yüngül xəsarətlər alıb. 

Həmin görüntüləri təqdim edirik: 

Milli.Az