İnsanları yeyən ayı belə GÜLLƏLƏNDİ - VİDEO

24 İyun 2025 13:14

Rusiyanın Saxalin vilayətində dəhşətli hadisə baş verib.

Milli.Az xəbər verir ki, Yujno-Saxalinsk şəhəri yaxınlığındakı Üç Maral heykəlinin yerləşdiyi ərazidə insanlara hücum edən ayı güllələnərək zərərsizləşdirilib. Hücum nəticəsində iki nəfərin həyatını itirdiyi bildirilib.

İki nəfər meşəlik ərazidə olduğu zaman onlara ayı hücum edib. Yırtıcı şəxslərdən birini parçalayıb, digəri isə müqavimət göstərərək hadisə yerindən qaçmağa müvəffəq olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım və təbiəti mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ayının hücumuna məruz qalan zərərçəkən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Əraziyə gələn mütəxəssislər hadisə yerinin yaxınlığında daha bir naməlum kişi meyiti aşkar ediblər. Onun da ayının qurbanı olduğu ehtimal edilir. Yırtıcı hadisə yerində ovçulara yaxınlaşarkən güllələnib.

Milli.Az