12:50
İran tərəfindən İsrailə raketin atılması ilə bağlı yayılan məlumatlar təkzib olunur.
Trend-in məlumatına görə, bu barədə İran televiziyası məlumat yayıb.
Məlumata görə, atəşkəs rejimi tətbiq olunduqdan sonra İran İsrailə raket atmayıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
11:40
İran yenidən İsrailə raket hücumu edib.
Milli.Az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
"Bir müddət əvvəl İrandan İsrailə doğru atılan raketlərin müəyyən edilməsindən sonra ölkənin şimalında həyəcan siqnalları səslənib", - məlumatda qeyd olunub.
Milli.Az