Bir neçə ay əvvəl bağlanan "Azadlıq" partiyasının sədri Əhməd Orucun oğlu Günxanın qəfil ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, G.Oruc bir müddət əvvəl işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb.
Dostları bildiriblər ki, həmin vaxtdan Günxan Oruc müalicə alırmış və 20 gün əvvəl Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub.
Dünən isə ailəsi Günxanı müayinə üçün həmin xəstəxanaya aparıb. Xəstəxanada həkim gipsi açıb və G.Oruc ayağını tərpədən kimi şok keçirib.
Şokun təsirindən huşu gedən gəncə ürək masajı olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mərhumun 2 azyaşlı övladı qalıb.
Milli.Az