Namaza toplaşanlara silahlı hücum - 71 ölü var

24 İyun 2025 09:56

Nigerin Tillaberi bölgəsində yerləşən Manda kəndində törədilən terror aktı baş verib. 

Milli.Az xəbər verir ki, nəticədə 71 mülki vətəndaş həyatını itirib, azı 20 nəfər yaralanıb.

Yerli mətbuatın yaydığı məlumata görə, hadisə ötən gün baş verib. Naməlum silahlı şəxslər məscid həyətində toplaşan camaata hücum ediblər. Hadisə cümə namazından sonra baş verib. Silahlılar namazdan çıxan insanları hədəf alaraq atəş açıblar, nəticədə faciəvi itkilər baş verib.

Qeyd edək ki, bu, bölgədə baş verən ilk belə hücum deyil. Mart ayında da Tillaberiyə bağlı Fambita kəndində cümə namazı zamanı məscidə silahlı hücum olmuşdu. Həmin insident nəticəsində 44 nəfər həlak olmuşdu.

Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Fidan
Milli.Az