Almaniyada "Ayntraxt Frankfurt"un şərəfini qoruyan Mişi Batşuayi yeni görüntüsü ilə diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray"da forma geyinən Mişi başı örtülü və şortikli paylaşımı ilə sosial mediada gündəm olub.
Başı yaylıqlı ulduz oyunçu tərzini ağ şortla tamamlayaraq küçələrdə gəzib.
Müzakirələrə səbəb olan 31 yaşlı belçikalı futbolçu Türkiyədə yaşayarkən də rəngli dırnaq boyası və qeyri-adi geyim tərzi ilə diqqət çəkmişdi.
Hüseyn
Milli.Az