Türkiyədə zəlzələ baş verdi

24 İyun 2025 09:16

Səhər saatlarında Türkiyənin Adana bölgəsinin Saimbeyli rayonunda zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla 07:09-da (Bakı vaxtı ilə 08:09-da) 4.5 maqnitudada qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda da hiss edilib.

Dağıntı və insan itkisi ilə bağlı hələlik məlumat yoxdur.

Milli.Az