Media imperatoru işdən çıxdı

22 İyul 2012 16:15
Milli.Az Euronews-a istinadən bildirir ki, həmin şirkətlər Britaniyanın "The Times", "The Sun" və onların həftəlik buraxılışları "The Sunday Times" və "The Sun on Sunday" qəzetlərinə hamilik edir.

Tutduğu vəzifələrdən Merdok hələ keçən həftə gedib, ancaq bu barədə məlumat yalnız şənbə günü yayılıb.

R.Merdok həmçinin özünün "News Corp." media imperiyasına daxil olan bir neçə Amerika şirkətinin də direktorlar şurasından çıxıb.

Öz gedişini mediamaqnat şirkətin strukturundakı dəyişikliklərlə əlaqələndirib: o, iki hissəyə ayrılacaq - nəşriyyat biznesi və televiziya.

Müşahidəçilər qeyd edirlər ki, Merdokun bu hərəkəti "News of the World" tabloidinin bağlanmasından sonra özunun və oğlu Ceymsin mövqelərinin zəifləməsi ilə əlaqədardır.

Milli.Az