Bu ərazilərdə qaz olmayacaq

23 İyun 2025 18:42

Saatlının doqquz kəndində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm-lik PE "Axundov-Sarıcallar" orta təzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 24.06.2025-ci il saat 09:00-dan etibarən Saatlı rayonunun Sarıcallar, Əbilkənd, Cəfərxan, Qaranuru, Qazanbatan, Şirinbəy, Əliabad, Məmmədabad, Genişkənd kəndlərində (ümumi 4131 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
 

Milli.Az