Türkiyənin Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Yeraltı təkanlar Mərsin vilayətinin Silifke rayonundan təxminən 172 kilometr uzaqlıqda, 8,99 kilometr dərinlikdə baş verib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Kənan
Milli.Az