Poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilmir - SƏBƏB

23 İyun 2025 16:15

Poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə ilə bağlı şikayətlərə TƏBİB aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir.

"Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək".

Qeyd edək ki, bu gün sosial mediada poliklinikalarda artıq TƏBİB-in qərarına əsasən, iflic və epilepsiya ilə bağlı dərmanlar xəstələrə verilməyəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Asya
Milli.Az