İsrail İranın ballistik raket anbarlarını məhv etdi

23 İyun 2025 18:18

İsrail Hərbi Hava Qüvvələrinin (IDF) bu gün səhər saatlarında İrana həyata keçirdiyi hava hücumları nəticəsində İsraili hədəf almaq üçün istifadə edilə biləcək bir neçə ballistik raket anbarı və buraxılış meydançası məhv edilib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, əməliyyat zamanı 15-dən çox qırıcı təyyarə iştirak edib və hücumlar əsasən İranın Kirmanşah bölgəsində yerləşən raket bazalarına yönəlib.

İsrail mediası hadisəni Tehranın mümkün hücum potensialını zəiflətmək məqsədi daşıyan preventiv zərbə kimi qiymətləndirir. Məlumata görə, zərbələr İsrailə qarşı yönəldilə biləcək hücumların qarşısını almaq üçün planlaşdırılıb.

İndiyədək İran tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Milli.Az