Dayısına 2 ferma tikdirdi

26 İyun 2025 16:58

Müğənni Vəfa Şərifova maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, qonaq olduğu efirdə dayısı üçün iki ferma tikdirdiyini bildirib.

"Onlar mənim doğmalarım, əzizlərimdir. Bacı-qardaş və qohumlarıma etdiyim şeylərə yardım kimi baxmıram. Bu, mənim vəzifə, övladlıq borcumdur. Valideynlərim olmayıb, onlar mənə ata-ana olublar. Yoxluqları mənə yaşatmayıblar.

Atam yaşayır, bir il öncə qərara gəldim ki, onu bağışlamalıyam. Özü ilə görüşə bilməmişəm. Ögey bacım var, onunla danışmışam. Atamla görüşmək istəyirəm. Onu artıq bağışlamışam".

Musa
Milli.Az