Netanyahunun yoldaşından İran xalqına: "Biz düşməniniz deyilik"

23 İyun 2025 15:50

"İran xalqı möhtəşəm bir mədəniyyətin varisləridir" .

Milli.Az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu sosial şəbəkə hesabında paylaşım edib.

Onun paylaşımının tam hissəsini təqdim edirik:

"İran xalqına -
Həyat yoldaşm, Baş nazir Netanyahunun tez-tez dediyi kimi:
Siz, İran xalqı, möhtəşəm bir mədəniyyətin varislərisiniz - istedadlı və nailiyyətli bir millət, zəngin tarixə maliksiniz. Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizi əsarət altında saxlayan zalım rejimlədir, sizinlə yox.Biz xalqlarımız arasında sülhə, azadlığa və dostluğa əsaslanan gələcəyə inanırıq" .

Milli.Az