“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı

24 İyun 2025 04:04

Türkiyəli aktrisa Afra Saraçoğlu məşhur brendlərdən biri üçün çəkilişlərdə iştirak edib.

Milli.Az xəbər verir ki, reklam kampaniyası çimərlikdə reallaşıb və aktrisa bu işdən təxminən 2 milyon türk lirəsi (təxminən 86 min manat) qazanc əldə edib.

Qeyd edək ki, Afra Saraçoğlu son vaxtlar "Yalı Çapkını" serialındakı rolu ilə geniş izləyici kütləsinin diqqətini çəkib.

Kənan
Milli.Az