İsrail Kirmanşaha zərbələr endirib

23 İyun 2025 15:03

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hazırda İranın Kirmanşah şəhərində hərbi infrastruktur obyektlərinə zərbələr endirir.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusu öz teleqram kanalında yayıb. 

Xatırladaq ki, İsrail ordusu İranın ölkəyə doğru yeni raketlər buraxdığını açıqlayıb. 

Onu da qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin öz məqsədlərinə nail olana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyini bildirib.

Milli.Az