Bakıda yolu bağlayıb namaz qıldılar, sakinlər etiraz etdi - “Dua edirlər, amma biz işə gecikirik”

23 İyun 2025 11:00

İbadətlə məşğul olan insanlar həftənin cümə günləri məscidlərdə bir araya gəlib dua edib, namaz qılırlar. Ancaq bəzi insanlar namazı elə yerdə qılırlar ki, bu da əksər insanların narazılığına səbəb olur. Nərimanov rayonunda yerləşən Cümə məscidinin sakinləri tərəfindən yolun bağlanaraq namaz qılınmasının görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Bəs burda ibadət edənlərin yolu bağlayaraq başqalarına maneə olması nə dərəcədə düzgündür? 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, yol bağlanır, bu da digər insanlar üçün problem yaradır:

"Nəzərə alınmalıdır ki, kimisə narahat etməsinlər. Maşında xəstəsi olan ola bilər və ya hansısa fövqəladə hal baş verə bilər ki, orda 2-3 dəqiqə də önəmlidir. Belə deyək ki, həmin insan gedib vaxtında çatmalıdır". 

Məsələ ilə bağlı ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, məscidə toplanan insanlar çalışmalıdır ki, ibadətlərini məscid daxilində həyata keçirsinlər:

"Onların ibadəti başqalarının həyatı üçün çətinliyə səbəb olmamalıdır. Bu yolun bağlanması hər bir mənada icazəli formada olmalıdır. Cümə namazlarında sıxlıq olur. Amma buna baxmayaraq insanlara maneə olmaq düzgün deyil. Bizim hədəfimiz Allahın rizasını qazanarkən eyni zamanda insanların da rizasını qazanmaqdır". 

Aysel Əkbər
Milli.Az