Azərbaycanlı futbolçu Qırğızıstan klubuna keçdi

22 İyun 2025 16:09

Azərbaycanlı yarımmüdafiəçi Nazim Məmmədzadə Polşadan ayrılıb.

Milli.Az xəbər verir ki, həmyerlimiz "Flota"da qalası olmayıb.
 
24 yaşlı futbolçu Qırğızıstana yollanıb. O, bu ölkənin "Alay" klubu ilə anlaşıb.

Qeyd edək ki, həmin komandada digər azərbaycanlılar İldar Ələkbərov, Ramin Əhmədov, Habil Nurəhmədov çıxış edir.

Nazim "Neftçi-2", "Renova"(Şimali Makedoniya), "Marino Luanko", "Moralo"(hər ikisi İspaniya), MOİK, "Qrobinya"(Latviya) klublarında oynayıb./Qaynarinfo 

Milli.Az