Rusiya rəsmisindən Trampa ironiya: “Nobel Sülh Mükafatını unut”

22 İyun 2025 17:03

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin İranda üç nüvə obyektinə endirdiyi hücumları sərt tənqid edib.

Milli.Az xəbər verir ki, Medvedev bu barədə öz "Telegram" hesabında yazıb.

O, Donald Trampın sülhməramlı prezident olmaq arzusunda olduğunu, lakin əksinə yeni müharibəyə başladığını bildirib.

Medvedev qeyd edib ki, dünya ölkələrinin böyük əksəriyyəti İsrail və ABŞ-ın bu addımlarını qınayır.

"Tramp bu uğurla heç vaxt Nobel Sülh Mükafatına layiq görülməyəcək. Bu, yalnız yaxşı başlanğıcdır, təbriklər, cənab Prezident!" - deyə o, ironik şəkildə yazıb.

Kənan
Milli.Az