Xəbər verdiyimiz kimi, UFC Fight Night turniri Bakıda baş tutub.
Milli.Az xəbər verir ki, gecənin əsas döyüşündə amerikalı döyüşçülər, yarım ağır çəkidə keçmiş UFC çempionu Camal Hill və titula keçmiş namizəd Xəlil Rauntri Junior üz-üzə gəliblər.
Azarkeşlərin böyük marağına səbəb olan mübarizənin qalibi Xəlil Rauntri Junior olub.
Qeyd edək ki, Baku Crystal Hall-da keçirilən UFC Fight Night turnirində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş baş tutub.
Tural
Milli.Az