İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İranın qərbində yerləşən bir sıra hərbi obyektlərə hava zərbələri endirib.
Milli.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) rəsmi məlumat yayıb.
Bildirilib ki, hücumlar əsasən İsrail ərazisinə doğru raket buraxmağa hazırlaşan raket qurğularına və İran Silahlı Qüvvələrinin mövqelərinə yönəlib.
Rəsmi açıqlamada qeyd olunur ki, zərbələrin əsas məqsədi İranın potensial hücum imkanlarını zəiflətmək və bölgədəki təhlükəni neytrallaşdırmaq olub.
Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı və qarşılıqlı cavab tədbirlərinin istisna olunmadığı bildirilir.
Kənan
Milli.Az