İspaniyanın nəhəng futbol klubu "Real Madrid" braziliyalı vinger Vinisius Juniorla müqavilə müddətini rəsmi olaraq uzadıb.
Milli.Az xəbər verir ki, "Marca" nəşrinin yaydığı məlumata görə, Madrid təmsilçisi yeni müqavilə barədə məlumatı klublararası dünya çempionatından sonra rəsmən ictimaiyyətə təqdim edəcək.
Futbolçunun klubla yeni sözləşməsi 2030-cu ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, "Transfermarkt" portalının məlumatına əsasən, Vinisius Juniorun hazırkı bazar dəyəri 170 milyon avro təşkil edir. Gənc ulduz "Real"ın əsas oyunçularından biri hesab olunur və son mövsümlərdə komandanın hücum xəttində vacib fiqura çevrilib.
Milli.Az