"Ben bu cihana sığmazam"ın aktrisası iş adamı ilə sevgilidir - FOTO

22 İyun 2025 11:00

Türkiyəli aktrisa Pelin Uluksar yeni sevgilisi ilə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa iş adamı Allan Hakko ilə yeni münasibətə başlayıb. Cütlük Bebekdə gəzərkən kameralara tuş gəlib.

Qeyd edək ki, Allan 3 ay əvvəl 2 illik sevgilisi Selin Yağcıoğludan ayrılıb. O, daha əvvəl Burcu Əsmərsoyla sevgili olub.

Pelin son olaraq "Ben bu cihana sığmazam"da rol alıb.

Milli.Az