Bakıda yataqxanada yanğın

22 İyun 2025 10:22

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxinin tavanı 10 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az