Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan döyüş gecəsində növbəti həmyerlimiz gücünü sınayıb.
Milli.Az xəbər verir ki, idmançımız Tofiq Musayev qırğız rəqibi Mıktıbek Orolbai ilə qarşılaşıb..
Musayev rəqibinə təslim olmağa məcbur olub. O, ilk raundda ağrıverici fəndə düşüb.
Qeyd edək ki, idmançılarımızdan Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gələcək.
Nazim Sadıxov isə braziliyalı Nikolas Mottaya qalib gələrək, yerli döyüş həvəskarlarına sevinc hissi bəxş edib.
Tural
Milli.Az