Çağatay bu ölkənin vətəndaşlığını aldı

22 İyun 2025 00:41

Kanal D-də yayımlanan "Eşref Rüya" serialının ulduzu Çağatay Ulusoy haqqında bu gün yayılan bir xəbər magazin gündəmini zəbt edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyorun ikili vətəndaşlıq əldə etdiyi xəbəri, rəsmi prosedurlar zamanı çəkilmiş bir fotoşəklin sosial mediada paylaşılması ilə ortaya çıxıb.

Uğurlu aktyor Çağatay Ulusoy, Bolqarıstan vətəndaşlığı alaraq ikili vətəndaş olub.

Ulusoyun ata tərəfdən Bolqarıstan köçkünü olduğu bilinir.

İstanbulda anadan olmuş aktyorun anası isə bosniyak mənşəlidir.


Lalə Qüdrətova
Milli.Az