"UFC Fight Night": Nazim Sadıxov rəqibini nokaut etdi - FOTO

22 İyun 2025 00:02

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Nazim Sadıxov Braziliyadan olan Nikolas Motta ilə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə Sadıxov qalib gəlib. O, ikinci raundda rəqibini nokautla məğlub edib.

"UFC Fight Night"ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq.

 

Milli.Az