Tanınmış pedaqoq, əməkdar müəllim Cahangir İbrahimov vəfat edib.
Milli.Az-ın məlumatına görə, bir neçə gün öncə 88 yaşı tamam olan Cahangir İbrahimov dünyasını dəyişib.
Qeyd edək ki, Cahangir İbrahimov uzun müddət Lənkəran Dövlət Humanitar Kollecinin direktoru vəzifəsində çalışıb. O, Prezident İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb./Metbuat.az
Milli.Az