Üç bacı eyni kişi ilə evləndi – Dünya bu ailədən danışır - VİDEO

21 İyun 2025 17:51

ABŞ-nin Yuta ştatında yaşayan Vika və Valeriya adlı əkiz bacılar, eləcə də onların əmisi qızı Alina qeyri-adi ailə həyatı ilə medianın diqqət mərkəzinə düşüblər.

Milli.Az xəbər verir ki, onların hər üçü Co adlı eyni kişi ilə rəsmi şəkildə ailə qurublar və bir evdə harmonik şəkildə yaşayırlar.

Ən maraqlısı odur ki, bu qeyri-ənənəvi ailə modeli daxilində hər üç qadın bir-biri ilə olduqca yaxşı münasibətlər saxlayır. Onlar ev işlərini və uşaqların qayğısını birlikdə bölüşür, mübahisələri isə ədalətli şəkildə və sakit tərzdə həll edirlər.

Ailə üzvlərinin yaşadığı böyük evdə hər birinin öz şəxsi otağı var. Co hər gecə növbə ilə bir arvadının otağında qalır - beləliklə, hər bir qadın həftədə iki gecə ərilə birlikdə olur. Bazar günləri isə seçim Co-ya məxsusdur.

Sosial mediada və beynəlxalq mətbuatda geniş maraq doğuran bu ailə modeli bəziləri üçün təəccüblü və mübahisəli görünsə də, ailə üzvləri öz həyat tərzlərini "azad seçim və qarşılıqlı hörmət" prinsipi üzərində qurduqlarını bildirirlər.

Kənan
Milli.Az