Ölümündən bir gün əvvəl özünə məzar qazdırdı

21 İyun 2025 14:12

Türkiyənin Bingöl vilayətinin Solhan mahalında qohumlarını ziyarətə gələn Muzaffer Diken ailə qəbiristanlığında özü və həyat yoldaşı üçün məzar qazdırıb.

Milli.Az xəbər verir ki, Diken məzarlar hazırlandıqdan bir gün sonra qəfil xəstələnib və xəstəxanada həyatını itirib. O, elə öz qazdırdığı məzarda dəfn olunub.

Hadisədən bir gün əvvəl Dikenin yaxınları ilə məzar yanında çəkilmiş görüntüləri yayılıb. O, orada zarafatla "Bu mənim qəbrimdir, biri də arvadım üçün. Onsuz hara gedirəm?" deyə bildirib.

Asya
Milli.Az