Toyuna görə bütün şəhəri bağladı - Xalq ayağa qalxdı

21 İyun 2025 15:00

"Amazon"un qurucusu Jeff Bezos və Lauren Sanchez iki illik nişandan sonra İtaliyanın Venesiya şəhərində 20 milyon dollarlıq dəbdəbəli toy mərasimi ilə evlənirlər.

Milli.Az xəbər verir ki, toyla bağlı hazırlıqlar şəhərdə narazılıqlara səbəb olub.

Toy mərasimi San Giorgio Maggiore adasında keçiriləcək və ada 24-29 iyun tarixlərində ziyarətçilər üçün bağlanıb. Toyun əsas hissəsinin 500 milyon dollar dəyərindəki "Koru" adlı super yaxtada baş tutacağı deyilir.

Bezosun toyuna Kim Kardaşyan, Keti Perri, Orlando Blum və Tramp ailəsindən şəxslər daxil olmaqla, 200-dən az qonaq dəvət olunub. Tədbirin bəzi hissələrinin məşhur Scuola Grande della Misericordia-da təşkil olunacağı da ehtimal edilir.

Toyun təşkilatı Venesiya sakinlərinin ciddi narazılığına səbəb olub. Onlar "Bezosa yer yoxdur" yazılmış pankartlarla küçələrə çıxaraq, zəngin turistlərə şəhərin qurban verilməsinə etiraz ediblər. 

Fidan
Milli.Az