Ümumdünya Musiqi Günü münasibətilə DOST Mərkəzində musiqili təqdimat hazırlanıb

21 İyun 2025 11:23

21 İyun - Ümumdünya Musiqi Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "Dilbərim" xalq mahnısı əsasında musiqili təqdimat hazırlanıb. 

Ekranlaşdırılan layihədə Mərkəzin İnklüziv Kamera Orkestrinin üzvləri, təlimçilər və benefisiarlar iştirak ediblər.