"İranın nüvə texnologiyasından istifadə etmək hüququ var”

21 İyun 2025 12:36

Rusiya Prezidenti Vladimir Putin İranın mülki nüvə proqramını inkişaf etdirmək və nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququnun olduğunu bildirib.

Milli.Az xəbər verir ki, Putin "Sky News Arabia" telekanalına verdiyi müsahibədə deyib:

"Rusiya dinc nüvə enerjisinin inkişafında İrana əvvəlki illərdə olduğu kimi lazımi yardım və dəstəyi göstərməyə hazırdır."

Putin həmçinin vurğulayıb ki, Rusiya nüvə silahlarının yayılmaması mövqeyindədir və kütləvi qırğın silahlarının hər hansı ölkəyə, o cümlədən İrana yayılmasına qarşıdır.

O qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) İranın nüvə silahı yaratmaq cəhdləri barədə heç bir sübut yoxdur:

"İran dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmaq niyyətində deyil."

Milli.Az